• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İcra başçısının atası Xaçmazda torpaq almaq istədi, GÖRÜN NƏ BAŞ VERDİ



Jurnalist Azər Həsrət Xaçmaz-Xudat yolunda, Qusarçay kəndinin yaxınlığında palıd ağacının kəsilməsi təhlükəsinin olduğu haqda yazıb.

Onun iddiasına görə, həmin ərazidə mənzərəli yerdə yerləşən tənha palıd ağacının ətrafı buldozerlə dağıdılıb ki, kökləri açıqda qalıb qurusun, yaxud güclü külək əsəndə yıxılsın. A.Həsrət bir az da irəli gedərək, burada kiminsə obyekt tikəcəyilə bağlı ehtimallarını səsləndirib və aidiyyatı qurumlara müraciət edərək əncam çəkilməsini xahiş edib.

Jurnalist Cəmil Məmmədli isə bildirir ki, ərazi bir yerli gənc tərəfindən müqavilə ilə alınıb. O, AFN.az-a açıqlamasında qeyd edib ki, həmin ərazi əvvəllər zibillik olub: “İndi oralarda səliqə-səhman yaradırlar. Həmin ərazidə Nizami rayon icra başçısı Coşqun Cəbrayılovun atası Adil Cəbrayılovun evi var və bu yeri o istəyirdi. Bu cavan oğlan qabağa düşdü, aldı. İndi də acığa müqaviləsini ləğv elətdirmək istəyirlər. Bütün haray-həşir onun üstündədir”.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

ƏN ÇOX OXUNANLAR

0.023016929626465