• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Ölkəsi müharibə aparan Peskovun həyat yoldaşından qalmaqallı görüntülər - VİDEO



Kremlin sözçüsü Dmitri Peskovun həyat yoldaşı Tatyana Navka Yunanıstanda əylənərkən görüntülənib.

Baki.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyədən sonra tətil üçün Yunanıstana getdikdən sonra Navkanın bu ölkədəki əyləncə anları gündəmə gəlib.

Görüntülərdə 47 yaşlı Navka götürdüyü boşqabları bir-bir vuraraq sındırıb.
“Mirror” qəzeti, Peskovun həyat yoldaşının müzakirələrə səbəb olan görüntülərini yayımlayıb. 
Qəzet görüntüləri "Putinin ən yaxşı köməkçilərindən birinin həyat yoldaşı, başqa bir NATO ölkəsində ikinci tətilində boşqabları çılğıncasına sındırarkən lentə alınıb" başlığı ilə paylaşıb. 
Xəbərdə Navkanın "özünü itirdiyi" bildirilib. 
Sosial şəbəkə istifadəçiləri sözügedən görüntüləri tənqid atəşinə tutub.

Sözügedən videoya “Müharibə aparan ölkənin yüksək rütbəli məmurunun arvadı özünü daha təvazökar aparmalıdır”, “Rusiyanın az qala birinci xanımıdır”, “Onun Yunanıstana girməsinə necə icazə verilib?”, “Əriniz çəkib? " kimi şərhlər yazılıb.

 

 

 

ƏN ÇOX OXUNANLAR

0.039470911026001