- 7
Avqustun 15-də İran dövlət televiziyası Kaşan şəhərində pilotsuz uçuş aparatları üzrə beynəlxalq hərbi yarışların açılış mərasimindən reportaj yayıb.
Təlimlərdə İran tərəfinin dost ölkələr kimi təqdim etdiyi Rusiya və Belarus hərbçiləri ilə yanaşı, Ermənistandan olan heyətin iştirakı diqqəti çəkib.
SEPAH-ın Aerokosmik Qüvvələri birgə PUA təlimlərinin keçirildiyini təsdiqləyib.
Qeyd edək ki, 44 günlük müharibə döyüşlərdə dronların mühüm rol oynadığını və Ermənistanın bu sahədə çox geri qaldığını göstərdi. Belə görünür ki, Ermənistan bu geriliyi İranın köməyi ilə aradan qaldırmağa çalışır.
“Azad İran” “Telegram” kanalı bununla bağlı reportaj hazırlayıb.
Həmin kadrları təqdim edirik: