- 6
ENDİRİLİR
ENDİRİLİR
Başladılar haqqımda "qara piar" aparmağa ki, xalqın gözündən salsınlar. Amma insanlar sağolsunlar ki, yalanlara uymadılar".
Baki.Media xəbər verir ki, bu sözləri Afət Fərmanqızı qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib.
Sənətçi xanım həmkarı Şəbnəm Tovuzlu haqqında sərt sözlər deyib. O bildirib ki, Şəbnəmi məclisinə dəvət etsə də, gəlməmək üçün yalan uydurub.
"Şəbnəm təsirə düşən insandır. iki dəfə onun məclisinə getmişəm. Vaxtımı və pulumu xərcləmişəm. Bir dəfə onu məclisə çağırdım, yalandan dedi ki, Moskvadadır. Moksvadasansa çıxart pasportunu göstər. O, Bakıda idi, amma gəlmədi.
Gəlməməyinin səbəbi isə kimlərsə tərəfindən öyrədilməsi idi. Cəbhə, qruplaşma yaradıblar. Həmin gün Şəbnəm filan restoranda balıq yeməyə getmişdi. Mənə fotosunu atdılar. Sonra da orada olduğunu sosial şəbəkədə paylaşdı.
Şəbnəmlə eyni eldənik (Tovuz - red.). Nə olur ki, belə edəndə?! Məni pisləyəndə nə olacaq ki? Gələ bilmirsə məclisə, gərək təbrikini yolluyardı. Bu adam onu da etmədi. Borclu borclunun sağlığını istəyər".