- 7
ENDİRİLİR
ENDİRİLİR
ABŞ HİMARS raket sistemlərini və onlar üçün GMLRS dəqiq idarə olunan mərmilərin istehsalını artırmaq niyyətindədir.
"Bakı.Media" xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
“Pentaqonun anbarlarında HİMARS və GMLRS ehtiyatlarını bərpa etmək üçün təxminən 400 milyon dollar əldə etmişik. Bundan əlavə, biz hasilatı genişləndirmək və sürətləndirmək üçün təxminən 200 milyon dollar ayırmağı planlaşdırırıq və həmçinin payızda və gələn ilin əvvəlində müqavilələrin bağlanacağını gözləyirik”, - məlumatda qeyd olunub.