• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Keçmiş sevgilisi İlon Maskın bu fotolarını hərraca çıxardı



"Tesla" və "SpaceX"in qurucusu İlon Maskın 1990-cı illərdə tanış olduğu keçmiş sevgilisi Cennifer Guaynn onun arxiv fotolarını satışa çıxarıb.

Axşam.az xəbər verir ki, o, ən azı 10.000 dollar toplamaq istəyir. Şəkillər arasında onun hədiyyələri - boyunbağı və təbrik kartı da yer alıb. Hərraca qoyulan fotolar maraq doğurub. O, bu yolla qazandığı pulla övladlığa götürdüyü oğlunu kollecə göndərmək istəyir.

Guaynn və Elon Musk Pensilvaniya Universitetində birlikdə oxuyarkən tanış olublar. Bir il davam edən romantikaları zamanı o, anası, model Mey Mask, qardaş və bacıları ilə tanış olub, həmçinin onun elektrik avtomobilləri ilə bağlı planları haqqında hər şeyi öyrənə bilib.

"1994-cü ilin payızında eyni yataqxanada yaşayanda tanış olduq. Əvvəlcə onun utancaq təbiəti məni cəlb etdi. O, dərslərinə çox diqqət yetirirdi və hətta bundan sonra da hər zaman elektrik avtomobilləri haqqında danışırdı. Onun böyük planları var idi" deyə, o, açıqlamasında söyləyib.

Cennifer onu çox sevdiyini deyərək "Telefonla danışmağı sevmədiyi üçün fiziki cəhətdən yaxın olmamağımız münasibətlər üçün problem idi. O, bunun vaxt itkisi olduğunu bildirib. Çətin idi, 20 yaşlı bir qızın eşitmək istədiyi heç də bu deyildi. Mən ona aşiq idim" sözlərini əlavə edib.

ƏN ÇOX OXUNANLAR

0.017480850219727