• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Milli Paralimpiya Komitəsi iki bayraqdar variantından imtina edib



“O bütün əməliyyatlardan keçib. Baş məşqçinin dediyinə görə, onun heç bir problemi yoxdur”.

Baki.Media-ın xəbərinə görə, bunu Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov deyib.

“Ümumiyyətlə, digər cüdoçularımızın durumu da yaxşıdır. Kiçik zədələr istisna olmaqla, heç bir problemləri yoxdur. Ümumiyyətlə, paracüdoda 73 və +100 kq çəki dərəcəsində ciddi rəqabət var. Medal qazanmaq çətin olacaq”.

O, Paralimpiya Oyunlarının açılış mərasimi zamanı yeganə bayraqdarın İlham Zəkiyev olmasını isə belə əlaqələndirib:

“Beynəlxalq Olimpiya Komitəsi bizə də kişi və qadın bayraqdarla çıxış etməyi təklif etmişdi. Ancaq bu məcburi olmadığı üçün biz bir bayraqdar variantına üstünlük verdik. Ona görə də yalnız İlham Zəkiyev bayrağımızı daşıyacaq”.

Qeyd edək ki, Tokio Paralimpiya Oyunları 24 avqust - 5 sentyabr tarixlərində keçiriləcək.

Səbuhi Musayev

ƏN ÇOX OXUNANLAR

  • 3
Rusiyada zəlzələ oldu
0.085568904876709