• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Hindistanda musson yağışlar 23 nəfərin həyatına son qoyub



Hindistanın şərqindəki Qərbi Benqal ştatında yağan aramsız musson yağışları və su anbarının daşması nəticəsində azı 23 nəfər həyatını itirib.

Bu barədə ANI agentliyi məlumat yayıb.

“Purba-Bardhaman, Paşçim-Bardhman, Paşçim-Medinpur və ştatın digər dörd bölgəsində vəziyyət kritik olaraq qalır. Bu ərazilərdə yaşayan sakinlərə təcili olaraq yardımlar göndərilir”, -  agentlik yerli rəsmilərə istinadən xəbər verib.

Fəlakət bölgəsinə Hindistan ordusunun quru qoşunları və Hərbi Hava Qüvvələrinə məxsus helikopterlər cəlb edilib.

ƏN ÇOX OXUNANLAR

  • 11
Rusiyada zəlzələ oldu
0.14817094802856