• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Ərdoğan: “44 vilayətdə baş vermiş 208 yanğının 196-sı nəzarət altına alınıb”



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli medianın suallarını cavablandırıb.

Dövlət başçısı iyulun 28-dən bəri davam edən meşə yanğınları ilə bağlı son məlumatları mətbuatın diqqətinə çatdırıb.

“9 gündən çox davam edən müddətdə 44 vilayətimizdə 208 meşə yanğını meydana gəlib. Onların 196-sı nəzarət altına alınmış vəziyyətdədir. Hazırda 5 vilayətimizdə 12 yanğın ocağının lokallaşdırılması üzrə işlər aparılır. Bunlar Antalya, Muğla, Sparta, Aydın və Dənizli vilayətlərimizdir”, - deyə Ərdoğan bildirib.

Həmçinin, Türkiyə prezidenti ölkə gündəminə aid digər məsələləri də şərh edib.

ƏN ÇOX OXUNANLAR

  • 11
Rusiyada zəlzələ oldu
0.11083006858826