• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Rusiyalı milyarder deputat öz işçisini öldürüb - FOTO



Kamçatkadan deputat milyarder İqor Redkin adam öldürdüyünü etiraf edib.

Bu barədə “112” “Telegram” kanalı xəbər yayıb.

“Balıq kralı” İstintaq Komitəsinə məktub yollayaraq təsadüfən işçisi Andrey Tolstopyatovu öldürdüyünü bildirib.

Redkinin sözlərinə görə, yerli sakinlər ona müraciət edərək Ozernovskiy qəsəbəsində zibilliklərin ayıların “istilasına” məruz qaldığını bildiriblər. Redkin də silahını götürərək deyilən yerə gedib. Hava qaralandan sonra o, zibillikdə ayını gördüyünü düşünüb və atəş açıb. Ayını qorxutduğu qənaətinə gələn deputat evinə qayıdıb. Səhəri isə orada güllələnmiş gəncin tapıldığını öyrənib. Bundan sonra o, polisə müraciət edib.

Hazırda deputat saxlanılıb. İstintaqa başlanılıb.

ƏN ÇOX OXUNANLAR

  • 11
Rusiyada zəlzələ oldu
0.10829591751099