• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Daha bir ərəb ölkəsində İsrail səfirliyi açılacaq



İsrailin xarici işlər naziri Yair Lapid bu gün Mərakeşə səfər edəcək.

Bu barədə onun rəhbərlik etdiyi qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, o, Rabatda İsrail diplomatik nümayəndəliyinin açılışında iştirak edəcək.

İsrail XİN səfəri tarixi əhəmiyyətli adlandıraraq bildirib ki, bu, Mərakeşin yəhudi icması və Mərakeş əsilli İsrail vətəndaşları arasındakı uzunmüddətli dostluğun davamı olacaq.

Qeyd edək ki, bir müddət öncə İsrailin BƏƏ-də səfirliyi fəaliyyətə başlayıb.

ƏN ÇOX OXUNANLAR

  • 11
Rusiyada zəlzələ oldu
0.088052034378052