• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Əlcəzairdə 42 nəfər meşə yanğınlarının qurbanı olub - VİDEO



Əlcəzairdə insanları meşə yanğınlardan xilas edən 25 yanğınsöndürən alovun qurbanı olub. Mülki şəxslər arasında ölənlərin sayı isə 17 nəfərə çatıb.

Bu barədə Əlcəzairin 74 yaşlı prezidenti Abdülməcid Təbbun özünün “Twitter” səhifəsində yazıb.

Əlcəzairin Müdafiə Nazirliyindən verilən məlumatda isə meşə yanğınları söndürərkən daha 11 əsgərin yaralandığını, onlardan dördünün vəziyyətinin ağır olduğu bildirilib.

Jurnalistlərə açıqlama verən Əlcəzairin Baş naziri Ayman Benabderrahman söyləyib ki, hökumət yanğınların söndürülməsi üçün digər dövlətlərdən yardım istəyib və hazırda xarici tərəfdaşlarla danışıqlar aparılır.

ƏN ÇOX OXUNANLAR

  • 11
Rusiyada zəlzələ oldu
0.095393896102905