• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Kaliforniyada meşə yanğınlarında 900-a yaxın ev məhv olub - FOTO/VİDEO



ABŞ-ın Kaliforniya ştatını əhatə edən “Diksi” meşə yanğınında 954 ev dağılıb və ya zədələnib.

Bu barədə TASS yerli yanğınsöndürmə xidmətinə istinadən xəbər verib.

Məlumata görə, iyul ayının ortalarından bəri 893 bina tamamilə yanıb, daha 61 binaya isə ciddi zərər dəyib.

O da qeyd olunur ki, 197 min hektar sahəni əhatə edən “Diksi” ştatda qeydə alınan ikinci ən geniş miqyaslı meşə yanğını sayılır. Bundan başqa təxminən 16 min bina təhlükə altındadır.

Ümumilikdə Kaliforniyada 11 böyük meşə yanğın ocağı təsbit edilib. Onların söndürülməsində 9 600 adam iştirak edir.

Xatırladaq ki, “Diksi” yanğını iyul ayında başlayıb. Fəlakət 150 ildən çox tarixi olan “Greenville” şəhərini . Sakinlərdən birinin dediyinə görə, kənd iki saat ərzində yanıb.

 

ƏN ÇOX OXUNANLAR

  • 11
Rusiyada zəlzələ oldu
0.090194940567017