• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Ermitaj “Rammstein” solistini “plagiat”da ittiham etdi - VİDEO



Rusiya Ermitajı Almaniyanın tanınmış “Rammstein” rok-qrupunun lideri Till Lindemannı muzeyə məxsus təsvirlərdən qeyri-qanuni istifadə etməkdə günahlandırıb.

Bu barədə Ermitajdan məlumat verilib.

Məlumata əsasən, Lidemann muzeyin interyer təsvirlərini, həmçinin sərgilənən əşyaların görüntüsünü NFT-tokenləri kolleksiyasına yükləyib. Bununla əlaqədar, Ermitaj musiqiçiyə müəssisənin lisenziya siyasətini pozmaqla bağlı xəbərdarlıq göndərib.

Bildirilib ki, muzeylə Lindemann arasındakı müqaviləyə görə, musiqiçi qeyd olunan təsvirlərdən yalnız “Sevimli şəhər” klipinin videosunda istifadə edə bilər.

Qeyd edək ki, adıçəkilən klip may ayında işıq üzü görüb. Burada Lindemann mahnını rus dilində ifa edib.

 

ƏN ÇOX OXUNANLAR

  • 3
Rusiyada zəlzələ oldu
0.10667109489441