• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Türkiyədə Rusiya təyyarəsi qəzaya uğradı: Ölənlər var - YENİLƏNİB + VİDEO



Türkiyədə “Be-200” təyyarəsi yanğınları söndürmək tapşırığını yerinə yetirdikdən sonra qəzaya uğrayıb.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər verib.

“14 Avqust 2021-ci il tarixində günorta təxminən 15:00 radələrində Türkiyə Respublikası Adana yaşayış məntəqəsi yaxınlığında Rusiyanın “Be-200” təyyarəsi yanğınları söndürmə vəzifəsini tamamladıqdan sonra qəzaya uğrayıb”,- deyə məlumatda bildirilib.

Təyyarənin göyərtəsində beş rusiyalı hərbçi və yanğın ocaqlarını göstərən üç türkiyəlinin olduğu qeyd edilib.

Həmçinin o da bildirilir ki, faciənin səbəblərini öyrənmək üçün Rusiya Müdafiə Nazirliyinin komissiyası qəza yerinə göndərilib.

17:13

Türkiyədə Rusiyadan icarəyə götürülmüş “Be-200” təyyarəsinin dağa çırpılmasının görüntüləri yayılıb.

Bu barədə 360 TV xəbər yayıb.

Məlumata görə, təyyarə eniş zamanı qəzaya uğrayıb. 

İlkin ehtimallara görə, heyət üzvləri arasında sağ qalan yoxdur.

Həmin görüntüləri təqdim edirik:

16:39

Türkiyənin Kahramanmaraş vilayətinin Bertiz bölgəsində meşəlik ərazidə çıxan yanğını söndürən təyyarə dağa çırpılıb.

Bu barədə “Haber Global” xəbər verib.

Bildirilir ki, əraziyə axtarış-xilasetmə heyəti cəlb edilib.

Qəzanın səbəbləri məlum deyil.

“RİA Novosti”nin RF Meşə Təsərrüfatı idarəsinə istinadla verdiyi məlumatına görə, qəzaya uğrayan təyyarə Rusiyadan icarəyə götürülübmüş.

Türkiyə Meşə Təsərrüfatı İdarəsindən bildirilib ki, təyyarədə 8 nəfər olub: Onlardan altısı Rusiya komandasından idi, ikisi isə Türkiyə vətəndaşı olub.

Heyət üzvlərinin taleyi hələlik məlum deyil.

 

ƏN ÇOX OXUNANLAR

  • 9
Rusiyada zəlzələ oldu
0.090066909790039