• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Kanada 20 minə qədər əfqan qaçqını qəbul etməyə hazırdır - VİDEO



Kanada Əfqanıstanda Talibanın hakimiyyəti ələ keçirməsinə görə təhlükə altında olan “risk qrupu”ndan 20 minə qədər əfqan qaçqını qəbul etməyə hazırdır.

RT-nin məlumatına görə, bu barədə Kanadanın İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq naziri Marko Mendiçino bəyan edib.

“Əfqanıstanda vəziyyət ürəkaparçalayandır və Kanada bunları kənardan izləməyəcək”, - deyə nazir mətbuat konfransında bildirib.

“Həssas” qrupa Əfqanıstanda rəsmi vəzifələrdə işləyən və ya vaxtilə işləmiş qadınlar, hökumət rəsmiləri, tərcüməçilər, həmçinin ABŞ və digər Qərb nümayəndələri ilə işləyənlər var. Mendiçino bildirib ki, qaçqınları daşıyan bir neçə təyyarə artıq Torontoya eniş edib.

Qeyd edək ki, Kanada Əfqanıstandakı səfirliyini boşaltmağa başlayır. Hökumət Kabilə diplomatik missiya işçilərinin təxliyəsi zamanı və səfirlik bağlanana qədər təhlükəsizliyi təmin edəcək xüsusi təyinatlı dəstə göndərəcək.

ƏN ÇOX OXUNANLAR

0.1067008972168