• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

ABŞ-da koronavirusla mübarizədə həkimlərə kömək üçün Milli Qvardiya cəlb olunub - FOTO/VİDEO



ABŞ-ın Oreqon ştatında koronavirusun “delta” ştammına yoluxma hallarının artması fonunda səhiyyə sistemində böhran və kadr çatışmazlığı yaranıb. Bu səbəbdən yerli hökumət Milli Qvardiyanın 500 hərbçisini səfərbər etmək barədə qərara gəlib.

TASS-ın məlumatına görə, bu barədə ştatın qubernatoru Keyt Braun videomüraciətində bildirib.

Onun sözlərinə görə, lazım gələrsə, hərbi personalın sayı 1500-ə qədər artırıla bilər.

Qeyd edək ki, əhalisi 4.2 milyon olan ştatda koronavirusun yayılmasında kəskin pisləşmə müşahidə edilib. İyulun əvvəlindən bəri gündəlik yoluxma sayı 120-dən 2300-ə yüksəlib.

ƏN ÇOX OXUNANLAR

0.12197518348694