• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Taliban” paytaxt Kabilin döyüşsüz təslim olunmasını tələb edir



Radikal “Taliban” hərəkatı öz döyüşçülərinə Əfqanıstanın paytaxtı Kabilə hücum etməməyə göstəriş verib.

TASS xəbər verir ki, bu haqda hərəkatın rəsmisi Zabihulla Mücahid bildirib.

“Biz döyüşçülərimizə paytaxtın girişində qalmaq və ona hücum etməmək əmrini vermişik”, - deyə o qeyd edib.

Hazırda “taliblər” hökumət nümayəndələri ilə şəhəri sülh yolu təslim etmək barədə danışıqlar aparırlar.

Daha əvvəl yaraqlıların artıq paytaxta girməsi haqqında xəbərlər yayılmışdı. 

ƏN ÇOX OXUNANLAR

0.089203119277954