• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Toğanalı-Kəlbəcər yolunda hərəkət BƏRPA OLUNUB



Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda qismən tıxac yaranıb.

“Report”un məlumatına görə, yağan qar və soyuq hava səbəbindən avtomobil yolunda hərəkət çətinləşib.

Yolların buz bağlaması avtomobillərin hərəkətinə maneə olub.

Hazırda ərazidə olan Dövlət Yol Polisi Bölməsinin əməkdaşları və digər aidiyyatı qurumlar tərəfindən yaranmış problemin həlli üçün işlər aparılır.

DYP sürücülərdən həmin yolda ehtiyatlı olmaları və yol-hərəkət qaydalarına riayət etmələrini xahiş edir.

Ötən gün axşam saatlarında bağlanmış Toğanalı-Kəlbəcər yolunda hərəkət bərpa olunub.

APA-nın xəbərinə görə, əraziyə cəlb olunmuş DYP əməkdaşları yoldakı problemi aradan qaldırıblar.

ƏN ÇOX OXUNANLAR

0.075132846832275