• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Qafqazın mineral suları çirklənib



Rusiya Qafqazdakı mineral su mənbələrini itirir.

“İzvestiya” xəbər verir ki, bunu “Rosprirodnadzor”un rəhbəri Svetlana Radionova bəyan edib.

O bildirib ki, sözgedən mənbələrin daha genişmiqyaslı mühafizəsinə ehtiyac var.

Qurum başçısının sözlərinə görə, Yessentuki, Kislovodsk, Pyatiqorsk kimi bölgələrində fəaliyyət göstərən 16 mineral su quyusunun istismarı zamanı çoxsaylı qanun pozuntuları aşkarlanıb.

Məhz qanunsuz istismar nəticəsində artıq mineral quyulardan bəziləri çirklənib və onların suyu içmək üçün yararsız hala düşüb. Həmin sulardan yalnız vanna prosedurlarında istifadə etmək olar.

Radionova qeyd edib ki, əgər vəziyyət belə davam edərsə, tezliklə adıçəkilən bölgələrdəki bütün mineral su mənbələri çirklənəcək.

ƏN ÇOX OXUNANLAR

0.12380719184875