• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

ABŞ Əfqanıstana 500 milyon dollar pul və min hərbçi göndərir



ABŞ Prezidenti Cozef Bayden Əfqanıstandan olan qaçqınlara yardım üçün 500 milyon dollar vəsaitin ayrılması haqqında fərman imzalayıb.

Xəbəri Ağ Evin mətbuat xidməti yayıb.

Qeyd olunur ki, vəsait Əfqanıstanda yaranmış vəziyyət nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin zəruri ehtiyaclarının təmin edilməsinə yönəldiləcək.

Pul həmçinin ABŞ-a viza və miqrasiya üçün müraciət edən əfqanların sənədlərinin rəsmiləşdirilməsinə xərclənəcək.

Bundan əlavə, Pentaqon qaçqınların təxliyəsi üçün yaxın vaxtlarda daha minə yaxın ABŞ əsgərinin Kabil hava limanına enəcəyini bəyan edib.

Bundan əvvəl isə qeyd olunan məqsədlə Əfqanıstana 2 500 hərbçi göndərilmişdi. Onlar hazırda Kabil hava limanında xidmət aparırlar.

ƏN ÇOX OXUNANLAR

0.17961192131042