• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Tətildən qayıdan Benzema COVID-19-a yoluxub



Fransa millisinin və Madrid “Real”ının hücumçusu Kərim Benzema koronavirusa yoluxub.

Bu barədə məlumat klubun rəsmi “Twitter” səhifəsində dərc edilib.

“Kral klubu”ndan bildirilib ki, 33 yaşlı futbolçu AVRO-2020-dən sonra tətildə olub. Bir neçə gün əvvəl isə çıxış etdiyi klubun düşərgəsinə qayıdıb.

Xatırladaq ki, 2020-2021-ci il mövsümündə K.Benzema “Real”ın heyətində 46 rəsmi oyuna çıxıb və 30 qolla yadda qalıb.

ƏN ÇOX OXUNANLAR

0.079830169677734