• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

"Evdə tək" filminin aktyorları əvvəl və indi - FOTOLAR



Yeni ilin ənənəvi simvolları arasında bütün dünyada populyar olan “Home alone” (“Evdə tək”) filmi də yer alır.

Baki.Media xəbər verir ki, soyuq və rəngarəng Yeni il bayramında “Evdə tək” filmlərini izləmək bir çoxunun hobbisinə çevrilib.
Məşhur film haqqında bir sıra maraqlı faktları təqdim edirik:

1990-cı ildən bəri heç köhnəlməyən, hər il “Christmas” ərəfəsi daha da şaxələnən filmdi “Home Alone" filminin çəkildiyi ev İllinois ştatı, Vinnetka bölgəsində yerləşir. Ev 2012-ci ildə 1.5 milyon dollara satılıb.

Film ilk yayımlandığı ildən etibarən 27 il müddətində Ginnesin Rekordlar kitabında ən çox gəlir əldə edən filmrekordunun sahibi olub. İlk çıxdığı həftə 17 milyon dollar qazandırıb.

Filmdə Paris hava limanı kimi təqdim edilən ərazi əslində, Fransa deyil, Çikaqodakı Ohar Beynəlxalq aeroportudur.

İzləyicilər üçün digər məaraqlı məqam isə filmdəki aktyorların sonrakı həyatıdır.

Filmdə Kevinin ən balaca qırmızı eynəkli qardaşı (yatağını isladan) elə aktyor Makali Kalkinin real həyatdakı doğma qardaşıdır.

Baş roldakı balaca Kevin yəni aktyor Makalİ Kalkin, hazırda 42 yaşındadır və artıq aktyorluq etmir.

Kevinin anası rolundakı kanadalı aktrisa Ketrin Ohara 68 yaşındadır. 

Kevinin atası rolundakı aktyor Con Hörd 2017-ci ildə 71 yaşında ikən vəfat edib.

Kevin ilə çox da arası olmayan qardaşı rolundakı aktyor Devin Ratrey, indi 45 yaşındadır və aktiv aktyorluq etmir. Hətta adı müəyyən hadisələrə də qarışmışdı.

Filmdəki oğurluğa gələn qızıl diş Harri yəni aktyor Co Peşi indi 79 yaşındadır və aktyorluğa davam edir. O, ən son “Irishman” filmindəki qanqsterlərdən biri rolunda idi.

Evə oğurluğa girməyə çalışan digər şəxs (Merv) isə indi aktyorluq etmir, özünə ferma sakit həyat tərzi keçirir.

Billurə

 

ƏN ÇOX OXUNANLAR

0.13846707344055