• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bizi ehtiyacımız olmayan şeyləri almağa təhrik edən Diderot effekti nədir?



Günümüzdə ən çox rastlaşdığımız hallardan biri də insanların davamlı olaraq ehtiyacı olmayan yeni şeylər almaq istəyidir. Bu hadisə isə 18-ci əsrdə Fransada yaşamış filosoflardan biri Denis Diderotun (1713-1784) həyatı ilə bağlıdır.

Baki.Media xəbər verir ki, günlərin birində tanınmış filosof külli miqdarda borclanır.

Rus imperatriçası Katarina Diderotun kitabxanasını alır və ona 25 illik maşını birdəfəyə ödəyir. İmperatriça daha sonra kitabxananı yenidən Diderota hədiyyə edir.

Artıq Diderot bütün borclardan qurtulur və rahat həyat sürməyə başlayır. Bir gün o əlindəki pulla özünə bahalı qırmızı geyim alır.

Filosof yeni köynəyi ilə səhərlər həvəslə işləməyi başlayır və birdən-birə yeni paltarı ilə iş masasının bir-birinə uyğun olmadığını düşünür. Elə hər şey də buradan başlayır. O, dərhal iş masasını yenisi ilə əvəz edir.

Daha sonra diderot yerdəki xalçanın masasına və geyiminə uyğun olmadığını düşünərək yeni xalça alır.

Bundan sonra isə növbə ilə evin divanları, stol və stulları, şkafları, divar kağızlarını və digər bütün əşyalarını yenisi ilə əvəz edir. Vəziyyəti başa düşməsi isə çox çəkmir. Diderot arrtıq ehtiyacı olmayan şeyləri aldığına görə əvvəlki səfil həyatına dönür. Bundan sonra filosof “Köhnə gecəliyim üçün peşmanlıq” əsərini yazır. O, başına gələnlərdən sonra köhnə geyiminin ağası ikən yenisinə qul olduğunu bildirir. 

Ona görə də hər alış-veriş qərarının yenisini tətikləyərək səbəb olduğu istehlak asılılığına Diderot effekti deyilir.

Fidan

 

ƏN ÇOX OXUNANLAR

0.076837062835693