• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

NATO-nun Baş katibi Türkiyəyə təşəkkür etdi



NATO-nun Baş katibi Yens Stoltenberg Brüsseldə keçirilən mətbuat konfransı zamanı Əfqanıstanla bağlı açıqlamalar verib.

Təşkilat rəhbəri hazırda əsas vəzifənin təxliyə prosesini təhlükəsiz şəkildə başa çatdırmaq olduğunu bəyan edib.

O, həmçinin Əfqanıstan missiyasına göstərdikləri dəstəyə görə Türkiyə, ABŞ və Britaniyaya xüsusi təşəkkürünü bildirib.

Bununla yanaşı, Stoltenberg ölkədə baş verənlərə görə bütün məsuliyyətin Əfqanıstanın artıq keçmiş rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.

Bu arada, Pentaqondan verilən məlumata görə, Əfqanıstanda olan ABŞ hərbi qüvvələrinin təxliyəsinin avqustun 31-də tamamlanması planlaşdırılıb. Hazırda bölgədə 4 min amerikalı hərbçinin olduğu vurğulanıb.

ƏN ÇOX OXUNANLAR

0.12114596366882