• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İllərə görə astroloji proqnoz - Hansı dəyişikliklər olacaq?



Təcavüzkar sələfindən fərqli olaraq, Dovşan sakit ev heyvanıdır, məhsuldarlığı simvolizə edir, rahatlığı və isti atmosferi qiymətləndirir. Əgər siz bütün bunları evinizdə yarada bilsəniz, gələn il sizi həm fiziki, həm də mənəvi səviyyədə çoxlu müsbət dəyişikliklər gözləyir.

İllərə görə, 2023-cü ilin astroloji proqnozunu təqdim edirik.

Siçan

Gəmiricilərin yaradıcı potensialı üzə çıxacaq, öz üzərinizdə düzgün işləsəniz, bütün layihələriniz çiçəklənəcək, həm də şəxsi inkişaf əhəmiyyətli dərəcədə sürətlənəcək. Yalnız prioritetləri düzgün müəyyənləşdirmək və ətrafınızda sizi yeni nailiyyətlərə ruhlandıracaq rahat bir atmosfer yaratmaq vacibdir. Odur ki, gələn il dekorasiya dəyişikliyi, yenidən qurulma, təmir, yerdəyişmə və ya yeni dizayna ehtiyac ola bilər.

Öküz

2023-cü ildə Öküzlər ünsiyyət dahilərinə çevriləcəklər. Tanışlıqlar, görüşlər, danışıqlar, mühazirələr - hər yerdə bu zodiak işarəsinin nümayəndələri möhtəşəm və cəlbedici olacaq. Əsas odur ki, şansdan, şöhrətdən ağılla istifadə edin və məlumatı düzgün idarə edin. Məsələn, tərəfdaşları aldatmayın və hər bir halda özünüz olun.

Pələng

Çoxları təkcə sevdikləri işlə məşğul olmağı deyil, həm də bundan xeyli pul qazanmağı arzu edir. 2023-cü ildə Pələnglərin əlinə əla fürsət düşəcək ki, bu ikisini birləşdirsin. Bir şərtlə ki, istedadlarınızı inkişaf etdirməkdən vaz keçməməli və məqsədlərinizə çatmaq üçün çox çalışmalısınız. Yalnız bundan sonra sevdiyiniz iş sizə pul qazandırmağa başlayacaq.

Dovşan

Dovşanlar, bu sizin ilinizdir! O, milyonlar gətirməsə də, həyatınızı inanılmaz dərəcədə dəyişməsə də, gələn il sizə varlığınızın əsl mahiyyətinizi dərindən anlamağa kömək edəcək. Odur ki, özünüzü inkişaf etdirməyə vaxt ayırın: psixoloqa yazın, təlimlərdə iştirak edin, meditasiyaya başlayın. Görəcəksiniz ki, dünyanın qavranılması möcüzəvi təsirini göstərəcək. Qarşıdakı 12 illik dövrdə özünü dərk etmək üçün təməllər qoyun.

Əjdaha

Keçən il bir çox hadisələrlə dolu oldu, gələn il sizə onları təhlil etmyə və düzgün nəticələr çıxarmağa imkan verəcək. Buna görə də Əjdahaların təklik və rahatlığa vaxt ayırması vacibdir. Özünüzlə qalmağınıza, daxili dünyanızı araşdırmağa imkan verəcək bir ritual düşünün, belə şəraitdə mütləq həm mənəvi, həm də fiziki səviyyədə müsbət dəyişikliklər hiss edəcəksiniz. Gələn il Əjdahalar xəstəliklərə və viruslara qarşı həssas olacaq, buna görə də özünüzə xüsusi diqqət yetirməlisiniz.

İlan

Əjdahalardan fərqli olaraq, İlanlar əksinə, nəhayət, yuvalarından çıxıb xarici dünyaya açılmalıdırlar. Toplanmış təcrübə və bilikləri həyata keçirmək, istedadlarınızı göstərmək və reallıqlarla ayaqlaşmaq vaxtıdır. Bu zaman son vaxtlar sizi məşğul edən özünüdərk öz bəhrəsini verəcək və sizi yeni səviyyəyə qaldıracaq.

At

"At kimi şumlamaq" bu il uğur şüarınız olacaq. Həyatın istənilən sahəsində səy göstərməyə dəyər, sizə böyük uğur gətircək. Bu, xüsusilə iş və karyerada doğrudur. İddialı olun, bəxtiniz sizi irəliyə doğru atmaq üçün hər fürsətlə mükafatlandıracaq. Məsuliyyətdən qorxmayın, görəcəksiniz ki, potensialınız gözlədiyinizdən qat-qat böyükdür.

Keçi

Bu ilin bir çox nümayəndəsi itki və çarəsizlik hissləri yaşaya bilər. Nəfəs alın, gələn il hər şeyi yenidən başlamaq məcburiyyətində qala bilərsiniz, lakin bu, sizə həyata dair yeni mənalar qazandıracaq. Əsas odur ki, özünüzə çox qapanmayın və bu dünyaya açılmağa hazır olun. Güvən və pozitiv münasibət sizə baramadan daha tez çıxmağa, şəraiti idarə etməyə və yolunuzu tapmağa kömək edəcək.

Meymun

Meymunları çoxsaylı sərgüzəştlər gözləyir, ağır sınaqlarla üzləşə bilərsiniz. Sizin vəzifəniz təkcə onlara tab gətirmək deyil, həm də problemlərin həllinə qeyri-standart yanaşma göstərməkdir. Bu, neqativ düşüncələrdən çıxmağın və nəhayət, illərdir sizi narahat edən problemləri həll etməyin yeganə yoludur. Nümunələrə uyğun hərəkət etməməyə və səbirli olmağa çalışın, onda 2023-cü il sizin üçün məhsuldar və əlamətdar bir il olacaq.

Xoruz

Xoruz ilinin nümayəndələri şəxsi mövzulara xüsusi diqqət yetirməlidirlər. Gələn il sizə təxirəsalınmaz məsələləri həll və idarə etmək üçün çoxlu şanslar verəcək. Ailədaxili münasibətlərdə böhran ehtimalı yüksəkdir, lakin partniyorunuzla yenidən qarşılıqlı anlaşma tapa biləcəksiniz. Münasibətlərinizdə hər şey sizinlə yaxşıdırsa, ruh yoldaşınızın sosial dairəsinə qoşularaq üfüqlərinizi genişləndirin, orada bir çox maraqlı və hətta taleyüklü tanışlıqlar qazana bilərsiniz.

İt

Hər birimizin həyata keçirə bilmədiyi, təxirə saldığı məsələlər var. Gələn il İt ilinin nümayəndələri təxirə salınmış bütün məsələləri təkiləməli olacaq. İdmanla məşğul olmaq, yaxınlarınızla sıx ünsiyyət qurmaq, karyera qurmaq və.s haqqında indidən düşünməyə başlayın. Problemlərinizə diqqət yetirin, görəcəksiniz ki, səhvləri düzəltmək ən mühüm məsələləri həll etməyə kömək edəcək.

Donuz

Sizin üçün Dovşan ilin gözəl olacağını vəd edir, əylənə, yaxşı vaxt keçirə və həyatdan həzz ala bilərsiniz. Söhbət edin, yaradıcı olun, görüşlərə gedin. Bir sözlə, özünüzə emosional duyğular bəxş edin. Hər şeyi yenidən nəzərədən keçirmək və gələcək il üçün yeni ilham tapmaq üçün özünüzü sevindirməyə ehtiyac var. (publika)

ƏN ÇOX OXUNANLAR

0.11410784721375