• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Əfqanıstanda həzəra xalqının nüfuzlu siyasi liderinin abidəsi “Taliban” tərəfindən dağıdılıb - FOTO



Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşmasının üzvləri ölkədəki həzəra etnosunun siyasi lideri Abdul Əli Məzarinin abidəsinə qarşı vandalizm aktı törədib.

Bu barədə Avropada yaşayan pakistanlı hüquq müdafiəçisi Salim Caved öz “Twitter” səhifəsində məlumat verib.

Hadisə Əfqanıstanın mərkəzi hissəsində yerləşən Bamian vilayətinin inzibati mərkəzi olan Bamian şəhərində  baş verib.

Öz növbəsində yerli mətbuat da Əli Məzarinin dağıdılmış heykəlinin fotoşəkillərini yayıb.

Qeyd edək ki, Abdul Əli Məzari Sovet İttifaqının Əfqanıstana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar dövründə həzəra üsyançılarına rəhbərlik edib.

O, həmçinin Əhməd şah Masudla ittifaqa daxil olaraq Əfqanıstanın şimalında “Taliblərə” qarşı müqavimət hərəkatına başçılıq edib.

Abdul Əli Məzari 1995-ci ildə “Taliban” tərəfindən əsir götürülərək öldürülüb.

ƏN ÇOX OXUNANLAR

0.13932204246521