• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Türkiyədə meşəlik ərazi həlak olan Rusiya pilotlarının şərəfinə adlandırılacaq - FOTO



Türkiyənin Bodrum şəhərində salınacaq meşəlik ərazi  amfibiya təyyarəsinin ölən heyət üzvlərinin şərəfinə adlandırılacaq.

Bu barədə Bodrum Bələdiyyə Başçısı Əhməd Aras “RİA Novosti”yə verdiyi müsahibədə bəyan edib.

O, Türkiyənin müxtəlif bölgələrində baş verən yanğınlarla mübarizədə verdiyi dəstəyə görə Rusiya Federasiyasına təşəkkürünü bildirib və Be-200 təyyarəsinin qəzaya uğramasının hər kəsi şoka saldığını vurğulayıb. Bələdiyyə sədrinin sözlərinə görə, Türkiyə yanğını söndürmək üçün təyyarələrini və helikopterlərini ilk göndərənlərdən olan Rusiyanın yardımını heç vaxt unutmayacaq. 

“Bu qəhrəmanların xatirəsini əbədi qorumağa imkan verən layihə həyata keçirmək niyyətindəyik. Onların fədakarlığı hər zaman qəlbimizdə qalacaq”, - deyə Aras bildirib.

Aras, artıq ümidin olmadığı bir dövrdə Rusiya pilotlarının yüksək cəsarətinin digər yanğınsöndürmə qruplarının üzvlərinə inam qazandırdığını və yerli əhalini ruhlandırdığını vurğulayıb.

Xatırladaq ki, avqustun 14-də Adana şəhərində ildırım vurmasından sonra yaranan meşə yanğının söndürülməsində iştirak edən Rusiyaya məxsus Be-200 təyyarəsi qəzaya uğrayıb. Faciə zamanı göyərtədə beş rusiyalı hərbçi və üç türkiyəli nümayəndə olub.

Qəzanın səbəblərini aydınlaşdırmaq üçün Rusiya Müdafiə Nazirliyinin komissiyası, habelə Rusiyanın Ankaradakı səfirliyinin nümayəndələri qəza yerinə göndərilib.

ƏN ÇOX OXUNANLAR

0.12260985374451