- 5
ENDİRİLİR
ENDİRİLİR
Dövlət Neft Şirkətinin (SOCAR) sabiq prezidenti, iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevin kürəkəni (qızının həyat yoldaşı) Əliyev Rauf Zeynal oğlu “Solıd Constructıon A” MMC-nin (VÖEN – 1602543931) direktoru vəzifəsindən çıxıb.
Yeniavaz.com-un əldə etdiyi məlumata görə, vaxtı ilə Rauf Əliyevin rəhbərlik etdiyi “Solıd Constructıon A” MMC-yə yeni rəhbər təyin olunub.
“Solıd Constructıon A” MMC-nin yeni rəhbəri Əsgərov Sahib Mübariz oğludur.
Məlumat üçün bildirək ki, yaşayış binalarının tikintisilə məşğul olan “Solıd Constructıon A” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanı Qara Qarayev pr., ev 30/42, m 17-də yerləşir.
Onu da bildirək ki, 1992-ci il təvəllüdlü Rauf Əliyev hazırda “Rabitəbank” ASC-nin Müşahidə Şurasının üzvü və əsas səhmdarıdır. Bank səhmlərinin 41%-i Rauf Əliyevə məxsusdur.
Abdullayevin kürəkəni həm də “Mega Sığorta” ASC-nin əsas səhmdarlarından (19%) biridir. Bunlardan başqa Rauf Əliyev “Faza” Mənzil Tikinti Kooperativinin (VÖEN – 1402894241), "Black Sapphire” MMC (VÖEN – 1403649271) və "Trust Holding” MMC-lərin (VÖEN – 1602326211) qanuni təmsilçisidir.
Onu da qeyd edək ki, “Rabitəbank” ASC-nin rəsmi saytında yerləşdirilən tərcümeyi-halında Rauf Əliyevin 23 iyul 1992-ci il tarixində Şuşa şəhərində anadan olduğu qeyd olunub.
Xatırladaq ki, Şuşa şəhəri 8 may 1992-ci il tarixində ermənilər tərəfindən işğal olunub və 2020-ci ilin 8 noyabr tarixində Azərbaycan ordusu tərəfindən işğaldan azad olunub.
Müəllif A. Cəfərov
Mənbə Yeniavaz.com