• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Zelenski ilə Merkel arasında görüş keçirilib



Almaniya Kansleri Angela Merkel Ukraynaya səfəri çərçivəsində ölkə prezidenti Vladimir Zelenski ilə görüşüb.

TASS xəbər verir ki, Kiyevdə baş tutan görüşdə ikitərəfli münasibətlərin geniş spektrinə dair məsələlər, həmçinin regional və qlobal gündəmə dair problemlər müzakirə olunub.

Zelenski görüşün əsas mövzusunun Donbass münaqişəsi olduğunu bəyan edib. Dövlət başçısı “Normand formatı”nda görüşlərin davam etdirilməsini dəstəklədiyini bildirib. Onun bu mövqeyi Merkel tərəfindən də bəyənilib.

Almaniya Kansleri qeyd olunan format çərçivəsində dövlət rəhbərləri səviyyəsində müzakirələrin aparılmasının vaciibliyini vurğulayıb.

Merkel, həmçinin Ukraynadan Avropaya qaz tranziti barədə razılaşmanın 2024-cü ildən sonrakı müddət üçün uzadılacağına ümid etdiyini bildirib.

ƏN ÇOX OXUNANLAR

0.097146034240723