• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Türkiyəli voleybolçuların qələbə seriyası davam edir



Türkiyənin voleybol üzrə qadınlardan ibarət yığma komandası Avropa çempionatındakı uğurlu çıxışını davam etdirir.

“Haber Global”ın məlumatına görə, “sultanlar” D qrupu çərçivəsində keçirdikləri üçüncü oyunda da qələbə qazanıblar.

Bu dəfə onlar İsveçi 3:0 hesabıyla məğlub ediblər.

Xatırladaq ki, bundan əvvəl Türkiyə millisi Rumıniya və Ukrayna seçmələrinə də qalib gəlib.

Qeyd edək ki, qadınlar arasında voleybol üzrə builki Avropa Çempionatı Serbiya, Rumıniya, Xorvatiya və Bolqarıstanın birgə evsahibliyi ilə təşkil olunub.

ƏN ÇOX OXUNANLAR

0.11667394638062