• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Rusiyada kiçikmühərrikli təyyarə qəzaya uğradı - VİDEO



Rusiyada Xabarovsk rayonunda kiçikmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

Bu barədə bölgənin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “RİA Novosti”yə bildirilib.

Hadisə gecə saatlarında “Kalinka” aerodromunun yaxınlığında baş verib.

Məlumata görə, “Sierra P2002” təyyarəsinin göyərtəsində iki nəfər olub. Onlardan biri qəza baş verən zaman, digəri isə xəstəxanada ölüb.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

ƏN ÇOX OXUNANLAR

0.63886094093323