• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Ərdoğan: “Türkiyə əlavə köç yükünü qaldıra bilməz”



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə fəaliyyət göstərən xarici diplomatik korpusların rəhbərlərilə bir araya gəlib.

“Haber Global”ın məlumatın görə, tədbirdəki çıxışı zamanı dövlət başçısı  Əfqanıstan mövzusuna geniş yer verib.

Ərdoğan daha bir köç yükünü qaldıra bilməyəcəklərini deyib.

“Hazırda müxtəlif statuslu 5 milyondan çox qaçqına ev sahibliyi edən Türkiyə Suriya və ya Əfqanıstan qaynaqlı daha bir köç yükünü qaldıra bilməz”, -deyə prezident bildirib.

O, həmçinin, bu gün Türkiyədə 300 min əfqan qaçğının olduğunu da qeyd edib.

Ərdoğan “Taliban” hakimiyyətinə münasibətin onların sözlərindən deyil, əməllərindən asılı olacağını vurğulayıb.

ƏN ÇOX OXUNANLAR

  • 11
Rusiyada zəlzələ oldu
0.11306810379028