• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Türkiyə hərbçilərinin Əfqanıstandan təxliyyəsi 24-36 saata tamamlanacaq - YENİLƏNİB + FOTO



Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın ölkə hərbçilərinin Əfqanıstandan təxliyyəsi prosesinin müddəti barədə məlumat verib.

Bu barədə o, NTV telekanalında gündəmə dair sualları cavablandırarkən danışıb.

Kalın Türkiyə hərbçilərinin bölgədən təxliyyəsinin 24-36 saat içində başa çatdırılacağını bildirib.

O, bundan sonra da ölkəsinin Əfqanıstana hər sahədə dəstək göstərməyə hazır olduğunu əlavə edib.

23:42

Türkiyə Silahlı Qüvvələrinə aid şəxsi heyət və texniki vasitələrin Əfqanıstandan təxliyyəsinə başlanılıb.

“Anadolu” xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda, silahlı qüvvələrin üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdiyi və vətənə qürurla qayıtdığı vurğulanır.

Həmçinin, bugünədək 1129 mülki vətəndaşın təxliyə edildiyi bildirilir.

 

ƏN ÇOX OXUNANLAR

  • 11
Rusiyada zəlzələ oldu
0.091917991638184