• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Taliban”dan 11 sentyabr açıqlaması



“Taliban” sözçüsü Zəbibulllah Mücahid “NBC News” telekanalına müsahibə verib.

O, əfqan qadınlarının hüquqlarından, ABŞ-la münasibətlərdən və 11 sentyabr hadisələrindən danışıb.

Mücahid ölkədə qadınlara İslamın bəyan etdiyi bütün hüquqların veriləcəyini bildirib. Onun sözlərinə görə, xanımlar təhsil ala, müəllim, həkim ola və işləyə bilərlər.

Hərəkat təmsilçisi yerli qadınların zorla “Taliban” üzvləri ilə evləndirildiyi məsələsinə də aydınlıq gətirib. O, iddiaları təkzib edərək, bu kimi xəbərləri köhnə rejimin təbliğatı adlandırıb.

Mücahid əfqanların ölkədə qalmasını istədiklərini, keçmişdə nə olursa-olsun onların əfv ediləcəyini bildirib.

O, həmçinin ABŞ-la normal diplomatik münasibətlərin tərəfdarı olduqlarını da qeyd edib.

Daha sonra 11 sentyabr hadisələrinə toxunan “Taliban” nümayəndəsi Usama Bin Ladenin sözügedən terror aktı ilə əlaqəsi barədə yetərincə dəlilin olmamasını, bu məsələdən Əfqanıstana hücum üçün bəhanə kimi istifadə edilməsini bəyan edib.

Mücahid bundan sonra Əfqanıstan ərazisinin digər ölkələrə qarşı istifadə edilməyəcəyinə dair vəd verdiklərini də xatırladıb.

ƏN ÇOX OXUNANLAR

  • 11
Rusiyada zəlzələ oldu
0.56217384338379