• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Paralimpiya Oyunları: Azərbaycan cüdoçusu finalda - YENİLƏNİR



Vüqar Şirinli finala çıxıb. O, Aleks Boloqaya (Rumıniya) Golden Score-da vaza-ari xalı ilə qalib gəlib.

07:39

Azəbaycan cüdoçuları Tokio Paralimpiya Oyunlarında mübarizəyə qoşulub.

Baki.Media-ın xəbərinə görə, bu gün dörd cüdoçumuz yarışır.

Qadın cüdoçularımızdan Şahanə Hacıyeva (-48 kq) meydan sahibi idmançısı Şizuka Hanqaya (Yaponiya) ipponla qalib gəlib.

Bəsti Səfərova (-52 kq) Yui Fucivara (Yaponiya) ilə qarşılaşıb və məğlub olub. O, bürünc medal üçün təsəlliverici yarışa qatılacaq.

Kişi cüdoçularımızdan Vüqar Şirinli (-60 kq) Rəcəp Çiftçini (Türkiyə) məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Namiq Abbaslı (-66 kq) 1/4 finalda Serxio İbanyes Banona (İspaniya) uduzub. O, bürünc medal qazanmaq üçün təsəlliverici yarışa qatılacaq.

Səbuhi Musayev

ƏN ÇOX OXUNANLAR

0.083659887313843