• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İtaliyada yarım il müddətinə fövqəladə rejim tətbiq olundu



İtaliya hökuməti ölkənin cənub bölgələrinə təsir edən meşə yanğınları ilə əlaqədar fövqəladə rejim tətbiq edib.

Bu barədə TASS məlumat yayıb.

“Nazirlər Şurası sədr Mario Draqinin təklifi ilə iyul ayının sonundan Kalabria, Molise, Sardiniya və Siciliya bölgələrində meşə yanğınlarının yayılması ilə əlaqədar olaraq altı ay müddətinə fövqəladə rejim elan etmək qərarına gəlib”, - deyə sənəddə bildirilir.

Əlavə olaraq, “2021-ci il 3 iyul-8 avqust tarixləri arasında meydana gələn meteoroloji hadisələr” səbəbiylə Lombardiyanın üç əyalətində də altı aylıq fövqəladə rejimin tətbiq edildiyi qeyd olunur. Söhbət Komo, Sondrio və Varesedən gedir.

ƏN ÇOX OXUNANLAR

  • 11
Rusiyada zəlzələ oldu
0.10936117172241