• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Qazaxıstanda hərbi hissədə partlayış nəticəsində ölənlərin sayı 12-yə yüksəlib - YENİLƏNİB



Qazaxıstanda hərbi hissədə baş verən partlayış nəticəsində həlak olanların sayı on iki nəfərə çatıb.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Ölənlərin sayının artacağı istisna edilməyib.

17:34

Qazaxıstanda hərbi hissədə baş verən partlayış səbəbindən həlak olanların sayı doqquz nəfərə çatıb.

Yaxınlıqdakı kəndlərdən 1 200 sakin Tarazdakı məktəblərə köçürülüb. 

Polislər talançılığın baş verməməsi üçün kəndləri mühasirəyə alıblar.

Hadisə yerinə ölkənin müdafiə naziri Nurlan Yermekbayev və fövqəladə hallar naziri Yuri İlyin gedib.

Mənbə: “Sputnik Qazaxıstan”

11:00

Qazaxıstanda silah-sursat anbarında baş verən yanğın və partlayışların nəticələrini aradan qaldırarkən beş hərbçi həlak olub.

“RİA Novosti” bu barədə ölkənin müdafiə naziri Nurlan Yermekbayevin açıqlamasına istinadla məlumat yayıb.

Dünən axşam Jambılski vilayətində hərbi anbarda baş verən partlayışdan sonra 90 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib. Onların 12-si hərbçi olub.

Son məlumatlara görə, 28 nəfərin xəstəxanada müalicəsi davam edir, onlardan 6-nın vəziyyəti ağırdır.

Faktla bağlı cinayət işi başladılıb. Yanğın hələ də davam edir.

ƏN ÇOX OXUNANLAR

  • 11
Rusiyada zəlzələ oldu
0.09886908531189