• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Mançester Siti” “Arsenal”ı meydana çıxmağa peşman etdi - VİDEO



İngiltərə Premyer Liqasının üçüncü turunda “Mançester Siti” evdə “Arsenal”ı qəbul edib.

Qarşılaşmanın gərgin keçəcəyi proqnozlaşdırılsa da, Mançester təmsilçisi darmadağına imza atıb.

Yeddinci dəqiqədə türk əsilli almaniyalı İlkay Gündoğan hesabı açıb. 12-ci dəqiqədə Ferran Torres dəqiq zərbə ilə hesabı 2-0-a çatdırıb. Qarşılaşmanın 35-ci dəqiqəsində “Arsenal” azlıqda qalıb. Qranit Caka qırmızı vərəq alaraq meydandan qovulub. İlk hissə Qabriel Xesusun qolu ilə 3-0 hesabı ilə başa çatıb.

İkinci hissədə də inamlı təsir bağışlayan “Siti” 53 (Rodri) və 84-cü dəqiqələrdə (Ferran Torres) daha iki dəfə fərqlənib - 5:0.

ƏN ÇOX OXUNANLAR

0.088776826858521