• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Paralimpiya Oyunları: Azərbaycanın iki cüdoçusu qızıl medala doğru irəliləyir



Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında son üç cüdoçumuz mübarizəyə qoşulub.

Baki.Media-ın xəbərinə görə, Kənan Abdullaxanlı (-100 kq) Şərif Xəlilova (Özbəkistan) uduzub. O, mübarizəni dayandırıb.

Ən ağır çəkili cüdoçumuz, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev (+100 kq) isə Cək Hocsona (Böyük Britaniya) Golden Score-da vaza-ari xalı ilə qalib gəlib. O, 1/4 finala vəsiqə qazanıb.

Qadın cüdoçumuz Dürsədəf Kərimova (+70 kq) da mübarizəyə inamla start verib. O, Anastasiya Qarnikə (Ukrayna) ipponla qalib gəlib.

Qeyd edək ki, Azərbaycan cüdoçuları ilk iki gündə beş qızıl və bir bürünc medal qazanıb.

Səbuhi Musayev

ƏN ÇOX OXUNANLAR

0.58789801597595