• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Müəllimlə direktor müavini arasında nə baş verib? - “Küncə sıxıb boğmaq istəyib”



“Qubada Birinci Nügədi kənd sakini, ibtidai sinif müəllimi Aygün Mustafayevanın özünə bıçaqla xəsarət yetirməsi ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır”.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirib. 

Bildirilib ki, toplanmış sübutlar nəticəsində hadisəyə hüquqi qiymət verilərək müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən isə bildirilib ki, məsələ araşdırılır və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, Qubada Birinci Nügədi kəndin 1 nömrəli tam orta məktəbində ibtidai sinif müəllimi Aygün Mustafayeva və direktor müavini Sara Nağıyeva arasında mübahisə düşüb. 

Mübahisə əsnasında əl-qol hərəkətləri olduğundan direktor müavini müəllimi polisə şikayət edib.

Daha sonra Aygün Mustafayeva yaşadığı evdə özünə xəsarət yetirib və yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Hazırda onun intizamsız davranışları davam edir.

ƏN ÇOX OXUNANLAR

0.10439515113831