• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Apple” bu telefonları da köhnəlmiş elan etdi – Yenilənmə olmayacaq



“Apple” şirkəti hansı smartfon və planşetlərdə yenilənmə olacağını açıqlayıb. 

Baki.Media lent.az-a istinadən xəbər verir ki, şirkət “iPhone X”, “iPhone 8” və “iPhone 8 Plus” smartfonlarını köhnəlmiş elan edib. 

Belə ki, sözügedən telefonlar İOS 17 yeniləməsini dəstəkləməyəcək. Məlumata görə, İOS 17 yeniləməsi “iPhone Xs” və “iPhone Xs Max”, eləcə də daha yeni modellərdə əlçatan olacaq. 

Qeyd edək ki, “Apple” şirkəti iyun ayında yeni əməliyyat sistemlərinin elanı üçün tədbir keçirəcək. Təqdimatda iOS 17, iPadOS 17 və digər ƏS yeniləmələrinin təqdim ediləcəyi gözlənilir.

ƏN ÇOX OXUNANLAR

0.10109901428223