• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İkinci dəfə rekordu yenilədi: ayaqqabısı 2,2 milyon dollara satıldı



Amerikalı basketbol ulduzu Maykl Cordanın 1998-ci ildə NBA finalında geyindiyi “Air Jordan” XIII ayaqqabısı “Sotheby's” hərrac evində satışa çıxarılıb.

Baki.Media “İHA” qəzetinə istinadla xəbər verir ki, ayaqqabı 2,2 milyon dollara alıcı tapıb.

Bugünədək satılan ən bahalı idman ayaqqabısı olub.

Xatırladaq ki, basketbolçunun 1984-cü ildə “Chicago Bulls” ilə ilk mövsümündə geyindiyi “Nike Air Ships” ayaqqabıları 2021-ci ildə Las-Veqasda keçirilən hərracda rekord qiymətə 1,47 milyon dollara satılıb.

1998-ci ildə NBA finalında geyindiyi forma isə 2022-ci ildə 10,1 milyon dollara satılıb.

Qeyd edək ki, 2003-cü ildə karyerasını bitirən M. Cordan NBA tarixində ilk milyarder oyunçu olub.

Günay

 

ƏN ÇOX OXUNANLAR

0.074879169464111