• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Yerə düşmüş bu meteroiti tapana külli miqdarda pul mükafatı verəcəklər



Amerikanın Men ştatında muzeylərdən biri keçən həftə ABŞ və Kanada sərhədində yerə düşməzdən əvvəl səmada iz qoymuş meteroitin qalıqları üçün 25 min dollar təklif edib.

Baki.Media baku.ws-ə istinadən xəbər verir ki, buna səbəb həmin səma cismi vasitəsilə Günəş sistemini daha yaxşı araşdırmaq imkanıdır.

Bildirilib ki, kosmik daş gündüz çağı görünüb və səs partlayışı yaradıb. O, radar tərəfindən aşkar edilib.

NASA-nın Astromaterialların Tədqiqat və Kəşfiyyat Elmləri (ARES) Laboratoriyası meteorit parçalarına rast gəlinə biləcək ərazini hesablayıb.

Men ştatının Mineral və Gem Muzeyinin meteorit bölməsinin rəhbəri Darryl Pitt, çəkisi 1 kiloqram və ya daha çox olan ilk meteorid parçasını tapan şəxsə 25.000 dollar mükafat verəcəyini bildirib.

Həmçinin o, “ölçüsündən asılı olmayaraq” istənilən nümunəyə görə ödəniş edə biləcəyini də açıqlanıb. Pitt bildirib ki, dünyada hər il Yerə düşən yüzlərlə meteoritdən yalnız 8-10-u aşkarlanır.

ƏN ÇOX OXUNANLAR

0.072160959243774