• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Türkiyəli voleybolçuların Avropa çempionatındakı qələbə seriyası davam edir



Türkiyənin qadın voleybolçularının Avropa çempionatındakı qalibiyyət seriyası davam edir.

Baki.Media xəbər verir ki, “Sultanlar” bu dəfə 1/4 final mərhələsində Polşanı 3:0 hesabıyla məğlub edərək yarımfinala yüksəliblər.

Xatırladaq ki, bundan əvvəl Türkiyə millisi D qrupu çərçivəsində keçirdiyi bütün oyunlarda qələbə qazanıb. Xanımlar Niderland, Rumıniya, Ukrayna, İsveç və Finlandiya seçmələrinə qalib gəliblər. 1/8 finalda isə “sultanlar” Çexiya yığmasından üstün olublar.

Qeyd edək ki, qadınlar arasında voleybol üzrə builki Avropa Çempionatı Serbiya, Rumıniya, Xorvatiya və Bolqarıstanın birgə ev sahibliyi ilə təşkil olunub.

ƏN ÇOX OXUNANLAR

  • 3
Rusiyada zəlzələ oldu
0.09800910949707