• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Dürsədəf Kərimova: “Səhərə qədər bacımın qızıl medalı ilə yatmışam”



“Təəssüratlarım müsbətdir. Qürurluyam ona görə ki, idman karyeramın zirvəsinə çatmışam. Qalib ölkənin qalib idmançısı olduğum üçün xoşbəxtəm”.

Baki.Media-ın xəbərinə görə, bunu Tokio Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan cüdoçu Dürsədəf Kərimova bildirib.

Daha sonra cüdoçumuz bacısı Xanım Hüseynovadan sonra Paralimpiya çempionu olması barədə qeyd edib:

“Bacımla bir otaqda qalırdım. O, Paralimpiya çempionu olanda sevincimdən çox ağlamışdım. Səhərə qədər qızıl əlimdə yatmışam. Onun qələbəsi mənə çox motivasiya oldu. İstəyirdim ki, onun kimi anamı mən də sevindirim. Şükür Allaha, mən də öz missiyamı yerinə yetirdim”.

 

ƏN ÇOX OXUNANLAR

  • 3
Rusiyada zəlzələ oldu
0.083852052688599