• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Tokio Paralimpiya Oyunlarında medal qazanan səkkiz idmançımızın qarşılanma mərasimindən FOTOREPORTAJ



Bu gün Tokio Yay Paralimpiya Oyunlarında çıxış etmiş 10 idmançı vətənə qayıdıb.

Baki.Media-ın xəbərinə görə, bunlar cüdoçular – İlham Zəkiyev, Xanım Hüseynova, Dürsədəf Kərimova, Hüseyn Rəhimli, Sevda Vəliyeva, atletlər – Həmid Heydəri, Elvin Astanov, Səid Nəcəfzadə, Kamil Əliyev və pauerliftinqçi Nurlan Babacanov olub.

Adları sadalan ilk səkkiz idmançı ölkəmizə medalla qayıdıb. Belə ki, Xanım Hüseynova, Dürsədəf Kərimova, Hüseyn Rəhimli, Sevda Vəliyeva, Həmid Heydəri, Elvin Astanov qızıl, İlham Zəkiyevlə Səid Nəcəfzadə bürünc medal qazanıb. Onları qarşılamaq üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanına kifayət qədər insan toplaşıb. İdmançılar alqışlar, pankardlar və musiqi sədaları altında qarşılanıb.

Sonda qızıl medal qazanan üç cüdoçumuzun fikirlərini təqdim edirik:

Sevda Vəliyeva: “Ab-hava möhtəşəm idi. Tokioya inamla yollandıq və qələbə ilə vətənə qayıtdıq. Bunu gözləyirdik. Hər gün iki dəfə ölkəmizin bayrağı dalğalanır, himni səslənirdi. Bu anları heç vaxt unuda bilmərəm. Komandamızın digər idmançılarına da uğurlar arzulayıram. Qələbə qazanacağıma şübhə etmirdim. Finaldakı rəqibim güclü idi. Amma qalib gələcəyimi hiss edirdim”.

Xanım Hüseynova: “Neçə ildir Paralimpiya Oyunlarına hazırlaşırdıq. Yarışa yaxşı əhvali-ruhiyyədə yollanmışdıq. Çempion olacağıma inanırdım. Bizim ölkəyə yalnız qələbə yaraşır”.

Hüseyn Rəhimli: “Mənim üçün ən çətin final qarşılaşması oldu. Özbəkistanlı rəqibimə daha əvvəl üç dəfə məğlub olmuşdum. Paralimpiya Oyunlarında ona qalib gəlmək çox yaxşı hissdir. Onunla görüşə xüsusi hazırlaşırdım. Şükür Allaha, ona bu dəfə qalib gəldim”.

 

Səbuhi Musayev

Foto: Firudin Səlimov

ƏN ÇOX OXUNANLAR

  • 3
Rusiyada zəlzələ oldu
0.10933589935303