• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Rəcəb Tayyib Ərdoğan: “Türkiyə iqtisadiyyatı dünyada ən sürətlə böyüyən ikinci iqtisadiyyatdır”



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Jandarm və Sahil Mühafizəsi Akademiyasının məzun mərasimində çıxış edib.

Dövlət başçısı çıxışında ölkə iqtisadiyyatında qeydə alınan son rəqəmlərə də toxunub.

Prezident cari ilin ikinci rübü üzrə bu gün açıqlanan rəqəmlərə əsasən, aprel-iyun aylarında Türkiyə iqtisadiyyatının 21.7% artaraq, dünyanın ikinci ən sürətlə böyüyən iqtisadiyyatına çevrildiyini bildirib.

O, həmçinin məşğulluğun son 35 ayın ən yüksək səviyyəsində olduğunu, ixracatın artması hesabına ticarət kəsirnin azaldığını qeyd edib.

Ərdoğan vurğulayıb ki, Türkiyə iqtisadi islahatlarda kimsədən işarə gözləmədiyi kimi, terrorla mübarizədə də heç kimdən izin almır.

Mənbə: “Anadolu”

ƏN ÇOX OXUNANLAR

  • 11
Rusiyada zəlzələ oldu
0.10399508476257