• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Paralimpiya Oyunları: Taekvondoçumuz bürünc medal üçün mübarizəyə qatılacaq



Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycanın taekvondo millisinin kapitanı Əbülfəz Abuzərli mübarizəyə qoşulub.

Baki.Media-ın xəbərinə görə, 75 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 finalda Allin Kinu Qanapinlə (Filippin) qarşılaşmalı olsa da, rəqibi koronavirusa yoluxduğundan, qalib elan edilib.

30 yaşlı idmançımız 1/4 finalda Xuan Dieqo Qarsiya Lopesə (Meksika) 5:38 hesabı ilə uduzub. İdmançımız bürünc medal üçün təsəlliverici yarışda Anton Şvetslə (Ukrayna) qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə saat 09:00-da başlayacaq.

Səbuhi Musayev

ƏN ÇOX OXUNANLAR

  • 3
Rusiyada zəlzələ oldu
0.076971769332886