• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

ABŞ-da 45 nəfərin həyatına son qoyan qasırğadan geriyə qalanlar - FOTO



ABŞ-ın Luiziana ştatından sonra ölkənin şimal-şərq hissəsindən də təsirsiz ötüşməyən “İda” qasırğası Nyu-York, Nyu-Cersi, Pensilvaniya, Merilend və Konnektikut ştatlarında güclü yağışlara səbəb olub.

Nyu-Yorkda sel və daşqınlar nəticəsində 13 nəfər, Nyu-Cersidə 23 nəfər həlak olub.

Pensilvaniya, Merilend və Konnektikut ştatları da daxil olmaqla indiyədək azı 45 nəfər daşqınlar nəticəsində həyatını itirib.

Ölənlərin əksəriyyəti avtomobillərin su altında qalması nəticəsində həyatını itirib.

Seldən zərər çəkmiş bölgələrdə axtarış-xilasetmə işləri davam edir. İnsan tələfatının artacağı istisna olunmur.

Nyu-Cersi ştatının cənubunda baş verən tornado evlərin dam örtüyünü zədələyib, Pensilvaniya ştatının Filadelfiya şəhərində avtomobil yolunu su basıb. Güclü yağış səbəbiylə “Newark” Hava Limanı su altında qalıb və çox sayda uçuş ləğv edilib.

Mənbə: “Anadolu” agentliyi

ƏN ÇOX OXUNANLAR

  • 12
Rusiyada zəlzələ oldu
0.091655015945435